Azərbaycan Mərkəzi Bankı məlumat yaydıbackend

“İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta müqaviləsi”nin yeni məzmunu və formasına dair Azərbaycan Mərkəzi Bankı (AMB), Dövlət Əmək Müfəttişliyi Xidmətinin və İcbari Sığorta Bürosunun rəhbər şəxsləri arasında onlayn görüş keçirilib.

“Yeni Gündəm” xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankı məlumat yayıb.

Bildirilib ki, yeni müqavilənin məzmununa və formasına uyğun olaraq İcbari Sığorta Bürosunun informasiya sistemində edilmiş dəyişikliklər barədə tədbir iştirakçılarına məlumat verilib.

Təsdiq olunmuş yeniliklərə əsasən sığorta müqaviləsi müddətsiz bağlanır və ümumi tərəfdaşlıq müqaviləsi rolunu oynayır. “Sığorta müqaviləsinin qoşması” hər müqavilə ili üzrə tərtib olunur və müqavilə ili ərzində sığortaolunanlarla bağlı bütün dəyişikliklər müqavilənin qoşmasına əlavə formasında rəsmiləşdirilir.

Sığorta haqlarının ödənilməsi işə götürənin maliyyə qrafikinə uyğun olaraq birdəfəlik və ya hissəvi təmin edilir.

Yeniliklər artıq Əmək Müqaviləsi Bildirişi altsistemində yerləşdirilib.

Qeyd edək ki, video çarxlar və sığorta haqqının ödənilmə üzrə hazırlanmış kalkulyator ilə İcbarı Sığorta Bürosunun saytında (www.isb.az) tanış ola bilərsiniz.