Azərbaycan Müdafiə Nazirliyi: Ermənistan mətbuatının məlumatları qarşı tərəfin böhtan xarakterli növbəti yalanıdırbackend

Ermənistan mətbuatında Azərbaycan Ordusunun guya mülki əhalini və infrastrukturu hədəfə alması barədə yaydığı məlumatlar qarşı tərəfin böhtan xarakterli növbəti yalanıdır, dezinformasiyadır.

Bu barədə “Yeni Gündəm”-ə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.

Bununla Ermənistan tərəfi törətdiyi genişmiqyaslı təxribatı ört-basdır etməyə və beynəlxalq ictimaiyyətin diqqətini yayındırmağa çalışır.