Azərbaycan musiqisinə və hicaba görə restoran bağlandıbackend

Təbrizdə Azərbaycan musiqisinə və məcburi hicaba görə restoran bağlanıb.Təbrizin Xosrovşah qəsəbəsində restoranlardan biri Azərbaycan musiqisi səsləndirildiyi və məcburi hicab qaydalarına əməl edilmədiyinə görə bağlanıb.

“Yeni Gundem”in əldə etdiyi məlumata görə, bu haqda Təbriz şəhər polis idarəsinin rəisi Yadulla Cahanara məlumat verib.

O, restoranda baş verənləri “əxlaq və ictimai normaların pozulması” kimi qələmə verib və bu səbəbdən restoranın fəaliyyətinə qadağa qoyulduğunu bildirib.

Qeyd edək ki, bu il İranda məcburi hicab qaydalarının pozulmasına və musiqi səsləndirilməsinə görə 3 min iş yerinin fəaliyyəti qadağan edilib.

Mənbə: Azad İran

Aynur Camal