“Azərbaycan Ordusu bütün təxribatların qarşısı almaq üçün tam hazır vəziyyətdədir” – DEPUTATbackend

Ermənistanın təxribatçı əməlləri onun ağalarının göstərişi ilə baş verib. Bir çox şər qüvvələr iki ölkəni bir masada üz-üzə danışmağa qoymurlar. Onların yarıtmaz siyasəti, insanların ölümünə, bölgədə sabitliyin pozulmasına gətirib çıxarır. Bu arzuolunan deyil.

Bu sözləri “Yeni Gundem”-ə açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov bildirib.

Millət vəkili vurğulayıb ki, Ermənistanın havadarları bilsinlər ki, bunlar baş verəcəksə ,Ermənistanın ümumiyyətlə dünya xəritəsində qalıb-qalmaması sual altında ola bilər.

“Azərbaycan prezidenti cənab İlham Əliyev dəfələrlə bu fikri söyləyib ki, hər hansı təxribatçı əməllər baş verəcəksə Azərbaycan qarşısını qətiyyətlə alacaq. Azərbaycan Ordusu bütün təxribatların qarşısı almaq üçün tam hazır vəziyyətdədir. İndi ki vəziyyətdə şəhidlərimiz var. Erməni tərəfinin itkiləri kifayət qədər çoxdur. Bunları istəyib ,arzulayan Ermənistandır. İrəvan unutmasın ki, belə təxribatlar baş verdikcə bölgədə sülhə təhdidlər artır”,- deyə o qeyd edib.

Fərahim Rəhimov