Azərbaycan Ordusunun zabiti vəfat etdibackend

Azərbaycan Ordusunun zabiti Şərbətov Pərviz Əliqulu oğlu məzuniyyətdə olarkən səhhətində qəfil yaranan narahatlığa görə Goranboy rayon Mərkəzi Xəstəxanasına aparılan zaman kəskin ürək-damar, ağciyər çatışmazlığı ilkin diaqnozu ilə vəfat edib.

“Yeni Gundem” xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən bildirilib.

Müdafiə Nazirliyinin rəhbərliyi vəfat edən hərbi qulluqçunun ailəsinə və yaxınlarına başsağlığı verib.