Azərbaycan Prezidenti finlandiyalı həmkarını təbrik edibbackend

Azərbaycan Prezidenti İlham Əliyev Finlandiya Prezidenti Sauli Niinistöyə təbrik məktubu göndərib.

“Yeni Gündəm”-in xəbərinə görə, mətndə deyilir:

“Hörmətli cənab Prezident,

Finlandiya Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimiyyətlə təbrik edirəm.

Bu əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, dost Finlandiya xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram”.