Azərbaycan səfirliyi Türkiyəyə başsağlığı verdibackend

Azərbaycanın Ankaradakı səfirliyi Türkiyəyə başsağlığı verib.

“Yeni Gundem” xəbər verir ki, bu barədə diplomatik nümayəndəliyin tviter hesabında paylaşım edilib.

“Kahramanmaraşın Pazarcık rayonunda meydana gələn və ətraf şəhərlərdə də hiss edilən zəlzələdə həyatını itirən qardaşlarımıza Allahdan rəhmət, yaralılara şəfa diləyirik. Keçmiş olsun, Türkiyə! Səninləyik, Türkiyə!”, – bildirilib.