Azərbaycan və İordaniya arasında müdafiə sahəsində əməkdaşlıq haqqında saziş təsdiqləndibackend

Prezident İlham Əliyev “Azərbaycan Respublikası Hökuməti ilə İordaniya Haşimilər Krallığı Hökuməti arasında müdafiə sahəsində əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə qanunu təsdiqləyib.

“Yeni Gundem” xəbər verir ki, qanuna əsasən, 2024-cü il aprelin 14-də Əmman şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə İordaniya Haşimilər Krallığı Hökuməti arasında müdafiə sahəsində əməkdaşlıq haqqında Saziş” təsdiq edilib.