Azərbaycan və Türkiyə arasında bu sənədlər imzalandıbackend

Bakıda keçirilən Azərbaycan-Türkiyə 1-ci Enerji Forumu çərçivəsində 5 sənəd imzalanıb.

Tərəflər arasında ilk növbədə Azərbaycan-Türkiyə I Enerji Forumunun Protokolu imzalanıb. Sənədi Azərbaycan Respublikasının energetika naziri Pərviz Şahbazov və Türkiyə Respublikasının energetika və təbii sərvətlər naziri Fatih Dönməz imzalayıblar.

Daha sonra Türkiyə Respublikasının Enerji və Təbii Sərvətlər Nazirliyi ilə Azərbaycan Respublikasının Energetika Nazirliyi arasında təbii qazın tədarükünə dair Anlaşma Memorandumu imzalanıb. Bu sənədi də P. Şahbazov və F. Dönməz imzalayıblar.

Forum çərçivəsində Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında mədənçilik sahəsində əməkdaşlıq haqqında Sazişdə imzalanıb. Sənədi Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev və Fatih Dönməz imzalayıblar.

Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi və “AzerGold” QSC ilə Türkiyənin Energetika və Təbii Sərvətlər Nazirliyinin Mədən Tədqiqi və Axtarış Baş İdarəsi və MTA Beynəlxalq Mədənçilik Şirkəti arasında əməkdaşlığın həyata keçirilməsi sahəsində Anlaşma Memorandumu isə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin sədri Samir Qurbanov, “AzerGold” QSC-nin rəhbəri Zakir İbrahimov, Türkiyə Respublikasının Energetika və Təbii Sərvətlər Nazirliyinin Mədən Tədqiqi və Axtarış Baş İdarəsinin baş direktoru Yasin Erdoğan imzalayıblar.

Bundan başqa, Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidməti ilə Türkiyənin Energetika və Təbii Sərvətlər Nazirliyinin Mədən Tədqiqi və Axtarış Baş İdarəsi arasında yer elmləri sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu da imzalanıb. Sənədi iki qurumun rəhbəri Əli Əliyev və Yasin Erdoğan imzalayıblar.

Bununla yanaşı, “Azerenerji” ASC və “Türkiye Elektrik İletim Anonim Şirketi” (TEİAŞ) arasında əməkdaşlıq protokolu imzalanıb. Sənədi “Azərenerji”nin prezidenti Baba Rzayev və TEİAŞ-ın baş direktoru Orhan Kaldırım.