“Azərbaycan xalqı Təbrizdən – Bakıya bu cür terror aktı ilə sarsılacaq dövlət deyil” – DEPUTATbackend

Deputat Fazil Mustafaya qarşı həyata keçirilən silahlı hücum birmənalı şəkildə terror aktıdır. Törədilmə motivindən aslı olmayaraq qəti şəkildə pislənilməlidir.

Bu sözləri “Yeni Gundem”-ə açıqlamasında Millət vəkili Bəhruz Məhərrəmov bildirib.

Millət vəkili vurğulayıb ki, deputatın güllələnməsində əli olanlar ən qısa zamanda Azərbaycan Respublikasının hüquq-mühafizə orqanları tərəfindən müəyyən edilib, ədalət mühakiməsinə təhvil veriləcək.

“Hüquq-mühafizə orqanlarımız ciddi şəkildə səylər göstərərək və konkret istiqamətlər üzrə iş aparmaqdadır. Azərbaycan Respublikasının vətəndaşlarından xahiş edir ki, müxtəlif versiyalarla ictimai çaşqınlıq yaratmayaq. İşlə peşəkarlar məşğuldur. Ən qısa zamanda nəticələri görəcəyik. İyrənc silahlı hücumun arxasında dayananlara bir daha demək istəyirik ki, qüdrətli Azərbaycan xalqı Təbrizdən-Bakıya bu cür terror aktı ilə sarsılacaq və zədə alacaq dövlət deyil”,-deyə o qeyd edib.

Fərahim Rəhimov