Azərbaycan XİN başçısının müavini İsrailə səfər etdibackend

Azərbaycan xarici işlər nazirinin müavini Fariz Rzayev İsrailə səfər edib.

Xarici işlər nazirinin müavininin səfərinin mərkəzində Azərbaycanın İsraildə səfirliyinin açılması məsələsi dayanır.

Fariz Rzayev İsrail mətbuatına açıqlamasında deyib ki, İsraildə rəsmi səfirliyin açılması qərarı iki ölkə və xalq arasında münasibətlərin ən yüksək səviyyədə olmasının göstəricisidir.

Onun sözlərinə görə, səfirliyin yaradılması siyasi diskursun dərinləşməsinə şərait yaradacaq və iqtisadiyyat, turizm, mədəniyyət, elm və digər sahələrdə əməkdaşlıq üçün yeni kanallar açacaq.

Rzayev bildirib ki, bu nadir və tarixi addımdır və belə bir qərarın qəbul olunduğu bir yerdə olmaqdan və səfirliyin açılması prosesində iştirak etməkdən xoşbəxtdir. “İki ölkə arasında müttəfiqlik möcüzədir, çünki o, təkcə ümumi maraqlara deyil, min ildən artıq bir yerdə yaşayan iki xalqın ortaq tarixinə əsaslanır”.

Nazir müavininin səfirliyin yaradılması üçün mümkün obyektləri gəzməklə yanaşı, Mossad-ın keçmiş rəhbəri Tamir Pardo ilə görüşü də nəzərdə tutulub.

Fariz Rzayev həmçinin Xarici İşlər Nazirliyində İsrail Beynəlxalq Yardım Agentliyinin (IAA) rəhbəri Einat Şalain və Xarici İşlər Nazirliyinin baş direktoru Alon Oşfiz ilə görüşəcək. Danışıqlarda o, İsraildə səfirliyin yaradılması ilə bağlı məsələləri, eləcə də digər siyasi və strateji aspektləri müzakirə edəcək.