Azərbaycanda 1 yaşadək uşağı olan qadınların NƏZƏRİNƏbackend

Azərbaycanda Avropa İttifaqının dəstəyi və Dünya Bankının vasitələri ilə hamilə qadınların, həmçinin 1 yaşadək uşağı olan qadınların işləyə biləcəyi sahələrin siyahısı tərtib olunub.

“Yeni Gundem”-in məlumatına görə, bu barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əmək siyasəti şöbəsinin rəisi Fuad Heydərov Azərbaycana texniki yardım proqramının reallaşdırılmasına həsr olunmuş tədbirdə deyib.

“Hazırda xüsusən bu qadınlar arasında sorğular keçirməklə həmin sahələrin müəyyən edilməsi istiqamətində işlər görülür. Bundan başqa, qadınların gecə vaxtı əmək fəaliyyətini, həmçinin qadınların gecə vaxtı ezamiyyətini tənzimləyən akta islahatlar edilməsi planlaşdırılır. Əminəm ki, Aİ və DB ilə birgə Azərbaycanda qadınların əmək fəaliyyətinin təmin edilməsi sahəsində yüksək nəticələr əldə biləcəyik”, – o əlavə edib.

Trend