Azərbaycanda avtomobil satışı üzrə ödənişlər yalnız nağdsız qaydada həyata keçiriləcəkbackend

İxtisaslaşmış qaydada, o cümlədən komisyon və ticarət təşkilatları vasitəsi ilə avtomobil satışı üzrə ödənişlər yalnız nağdsız qaydada həyata keçiriləcək.

“Yeni Gündəm”-in məlumatına görə, bu, Milli Məclisin bu gün keçirilən iclasında birinci oxunuşda müzakirəyə çıxarılan “Nağdsız hesablaşmalar haqqında” qanun təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihə müzakirələrdən sonra birinci oxunuşda qəbul edilib.