Azərbaycanda baş həkim COVID-19-a yoluxubbackend

Biləsuvar Rayon Mərkəzi Xəstəxanasının baş həkimi koronovirusa yoluxub. 

“Yeni Gündəm” xəbər verir ki, “Report”un əldə etdiyi məlumata görə, xəstəxananın baş həkimi Xoşbəxt Ağayevanın koronavirusa yoluxma halının müəyyənləşdirilməsi ilə əlaqədar verdiyi test analizinin nəticəsi müsbət çıxıb.

X.Ağayeva xüsusi rejimli koronavirus xəstələri üçün ayrılmış Masallı Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Onun müalicələri davam etdirilir.

Qeyd edək ki, X.Ağayeva ötən ilin noyabr ayında Biləsuvar Rayon Mərkəzi Xəstəxanasının baş həkimi təyin edilib.