Tovuzda küçədə kişi meyiti tapılıb.
“Yeni Gündəm”-in yerli bürosunun məlumatına görə, hələlik şəxsiyyəti məlum olmayan 50-55 yaşlı kişinin meyiti rayonun Heydər Əliyev prospektində aşkarlanıb.
Dərhal hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Onun kim olması dəqiqləşdirilir. Meyit Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Tovuz Rayon Şöbəsinə təhvil verilib.Ölümün səbəbləri araşdırılır.
Faktla bağlı Tovuz Rayon Prokurorluğunda araşdırma aparılır.