Azərbaycanda dəhşətli yol qəzası – 3 ölü, 4 yaralı+ Fotolarbackend

Goranboy rayonunda ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

“Yenigundem”in APA-ya istinadən xəbərinə görə, Xan Qərvənd kəndinə gedən yolda “Niva” və “Toyota Land Cruiser” markalı avtomobillərin toqquşması nəticəsində 3 nəfər ölüb, 4 nəfər xəsarət alıb.

Dünyasını dəyişənlər Ağdam rayon sakini, 1960-cı il təvəllüdlü  Quliyev Füzuli Şura oğlu, onun həyat yoldaşı, 1963-cü il təvəllüdlü Quliyeva Cəmilə Sovet qızı və Goranboy rayon sakini Süleymanov Əli Süleyman oğludur.

Xəsarət alan 4 nəfər isə Goranboy rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Yaralananlar arasında üç uşaq var, onların vəziyyəti normaldır.

Faktla bağlı araşdırma aparılır.