Azərbaycanda əhaliyə xəbərdarlıq: Bu gün və sabah…backend

Azərbaycanda bu gün və sabah gündüz saatlarında isti temperatur diskomfortu gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən “Yeni Gündəm”-ə verilən məlumata görə, bununla bağlı tibbi-meteoroloji proqnoz açıqlanıb.

Proqnoza görə, Abşeron yarımadasında iyulun 6-7-də gündüz saatlarında isti temperatur diskomfortu gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişsizdir.