Azərbaycanda əkiz uşaq dünyaya gətirən ana öldübackend

Cəlilabad Rayon Mərkəzi Xəstəxanasında ana ölümü baş verib.

Biləsuvar rayon sakini, 1984-cü il təvəllüdlü Əhmədova Xəyalə Ədalət qızı bu gecə xəstəxanada əkiz uşaq dünyaya gətirib.

Qadının vəziyyəti əvvəl yaxşı olsa da, sonradan pisləşib və o, vəfat edib.

Faktla bağlı araşdırma aparılır.

Report