Azərbaycanda elektrikli avtomobillərin ehtiyat hissə və servis xidmətləri qaneedicidir?backend

Elektrik avtomobillərindən istifadəyə kütləvi keçid bütün dünyanın marağındadır.

“Yeni Gundem”-in xəbərinə görə, statistikalar göstərir ki, 2024-cü ilin 1-ci rübündə elektrik avtomobillərinin satışı 2023-cü ilin eyni dövrü ilə müqayisədə 25% artıb.

Ölkəmizə isə təkcə ötən il 125 milyon 268 min ABŞ dolları dəyərində 3 102 ədəd yalnız elektrik mühərriklə işləyən nəqliyyat vasitəsi idxal edilib. Bu isə 2022-ci illə müqayisədə 7,1 dəfə çoxdur.

Elektrik mühərrikli avtomobillərə keçidi stimullaşdırmaq üçün ehtiyat hissələrinin əlçatanlığı və rəsmi satış dillerlərinin olması zəruridir.Təbii ki, istifadəçi sayı artdıqca bu avtomobillər üzrə ixtisaslaşan ustalar da hazırlanır.

Mövzunu araşdırmaq üçün Azərbaycan bazarına yeni daxil olan XPENG brendinin rəsmi nümayəndəsinə müraciət edilib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.