Azərbaycanda gecə saatlarında ÜZÜCÜ XƏBƏR: Ölən və yaralılar var – FOTOLARbackend

Qax rayonunda ağır yol qəzası baş verib.

“Yeni Gündəm” report-a istinadən xəbər verir ki, hadisə bu gün axşam saatlarında Qorağan-Qax-Zaqatala avtomobil yolunun, Qaxın Ləkit kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Qax istiqamətində hərəkət edən Ləkit kənd sakininin idarə etdiyi 10-KE-722 dövlət qeydiyyat nişanlı “Daewoo” markalı minik avtomobili, Balakən rayonu istiqamətində hərəkət edən 99-VX-849 dövlət qeydiyyat nişanlı “Mercedes Vito” markalı mikroavtobusla toqquşub.

İlkin məlumata görə, qəza nəticəsində 1 nəfər ölüb, 7 nəfər yaralanıb. Yaralılar Qax Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Fakt araşdırılır.