İranda baş verən zəlzələ Naxçıvanda da hiss olunub. Aprelin 20-də saat 23:49-da İmişlidə də zəlzələ qeydə alınıb.
Yeraltı təkanlar Beyləqan stansiyasından 35 km şimal-şərqdə baş verib. Bu barədə Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib.
Bəs daha güclü yeraltı təkanlar ola bilərmi
Seysmoloji Xidmət Mərkəzinin Elektron Xidmətlər şöbəsinin müdiri Vüsalə Rafiqqızı deyir ki, İranda baş vermiş zəlzələ sərhədyanı ərazilərdə də hiss olunub.
Seysmoloji Xidmət Mərkəzininin əməkdaşı onu da əlavə edib ki, bu cür təkanlardan narahat olmağa və təşvişə düşməyə əsas yoxdur.
“Yeni Gundem” Xezerxeber.az-ın mövzu ilə bağlı daha ətraflı videomaterialını təqdim edir.