Azərbaycanda ilk dəfə uşaqların və peşəkar aktyorların birgə çalışacağı teatral teatr studiyası yaradılıb.
“Yeni Gündəm” xəbər verir ki, “Sound Media prodakşn”-nın nəzdində uşaqları gələcək həyata hazırlamaq, onları daha aktiv və kompleksiz yetişdirmək üçün yardımçı olan teatral studiya yaradılıb. Pandemiya şərtlərini nəzərə alaraq studiyanın açılış mərasimi baş tutub.
Belə ki, “Nağıllar şəhzadəsi” adlı açıq hava uşaq şou tamaşası nümayiş olunub. Hazırda ekologiyanın qorunması məqsədi ilə yazar Pərvin Nurəliyevanın “Təbiəti qoru” pyesinin üzərində məşq prosesi gedir.
Studiyanın yaradılmasında əsas məqsəd uşaqları uşaq yaşlarından teatra alışdırmaq və teatral ruhda böyütməkdir. Studiyaya daxil olan uşaqlar burada səhnə danışığı, səhnə hərəkəti, rəqs, etüd və səhnədə çıxış etməyi, eyni zamanda qrimi öyrənəcəklər. İlkin mərhələni öyrəndikdən sonra onlar rahat şəkildə tamaşalarda iştirak edə biləcəklər. Eyni zamanda burada ixtisaslaşan uşaqlar üçün də uşaq serialı nəzərdə tutulub.
Qeyd edək ki, yeni yaradılan teatr studiyasının bədii rəhbəri gənc aktrisa Səbinə Məmmədovadır. Studiyada peşəkar müəllimlər fəaliyyət göstərir. Onlar uşaqlarla bir səhnəni bölüşür, öz təcrübələrini paylaşırlar. Layihənin ideya müəllifi və baş sponsoru Nailə Namazovadır. Teatral teatr studiyası Bakı Abadlıq xidmətin təşəbbüsü ilə yeni tamaşalar hazırlayıb.
“Sound Media qrup”un direktoru Eyyub Yaqubovdur.