Azərbaycanda müəllim əməliyyat masasında öldü – FOTObackend

Azərbaycanda müəllim əməliyyat masasında ölüb.

“Yeni Gündəm” ölkə.az-a istinadla xəbər verir ki, bu barədə onun yaxınları məlumat yayıb.

Bildirilib ki, dünən Sabirabad rayonu A.Ağarəhimov adına Yenikənd kənd tam orta məktəbinin riyaziyyat müəllimi Həsənov Kamal Əliyusif oğlu açıq ürək əməliyyatı zamanı dünyasını dəyişib.

Qeyd edilib ki, 66 yaşlı Həsənov Kamal 40 il müəllim işləyib.