Azərbaycanda qadın su kanalında batdıbackend

Xaçmaz rayonunda 51 yaşlı qadın su kanalında batıb.

Fövqəladə Hallar Nazirliyindən (FHN) verilən “Yeni Gündəm”-ə məlumata görə, FHN-nin “112” qaynar telefon xəttinə Samur-Abşeron su kanalının Xaçmaz rayonu, Arzu qəsəbəsi ərazisindən keçən hissəsində 1971-ci il təvəllüdlü Rüstəmova Səlminaz Şahbaba qızının batması barədə məlumat daxil olub.

FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.