Azərbaycanda şagirddən təqdirəlayiq hərəkət – VİDEObackend

Mingəçevir şəhərində yaşayan məktəbli Abbaszadə Raul təqdirəlayiq hərəkət edib.

“Yeni Gündəm” xəbər verir ki, məktəbli Mingəçevir Şəhidlər Xiyabanında dəfn olunan şəhidlərimizdən birinin fotosunun və gül çələnginin yerə düşdüyünü görüb və hasardan aşaraq onu yerdən götürərək yerinə yerləşdirib.

Bununla bağlı video sosial şəbəkələrdə paylaşılıb və istifadəçilər tərəfindən alqışlanıb.

Sözügedən videonu təqdim edirik.