Azərbaycanda tanınmış rəqqasə qarət edildi – VİDEObackend

Bakıda rəqqasə Aytən Əliyevanın avtomobilinə hücum edilib.

“Yeni Gündəm”-in xəbərinə görə, bu barədə A.Əliyeva özü məlumat verib. O qeyd edib ki, bağ evinin qarşısında park etdiyi avtomobilə gecə oğru tərəfindən hücum olub. Lakin avtomobilin təhlükəsizlik siqnalı işə düşdüyü üçün maşından heç nə oğurlaya bilməyiblər.