Azərbaycanda tarixi klub yenidən fəaliyyətə başladıbackend

«Şahdağ» bir neçə illik fasilədən sonra fəaliyyətini bərpa edib.

Qusar klubu növbəti mövsümdən Region Liqasında mübarizə aparacaq.

Şimal təmsilçisi bununla bağlı AFFA-nı məlumatlandırıb.

«Şahdağ» rayonun İcra Hakimiyyəti və yerli iş adamları tərəfindən dəstəklənir.

Eyni zamanda, «Azərenerji»ASC-nin sabiq prezidenti Etibar Pirverdiyev də komandaya maliyyə ayırmağa razılıq verib.

Məqsəd Region Liqasında çempion olub, II Liqaya vəsiqəə qazanmaqdır.