Azərbaycanda yaşa görə sosial müavinətin məbləği 220 manat müəyyən edildibackend

Azərbaycanda 2023-cü il yanvarın 1-dən yaşa görə sosial müavinətin məbləği 220 (iki yüz iyirmi) manat müəyyən edilib.

“Yeni Gundem”-in xəbərinə görə, bu, Prezident İlham Əliyevin Sosial müavinətlərin məbləğinin artırılması və “Sosial müavinətlərin məbləğinin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 29 avqust tarixli 973 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Fərmanında əksini tapıb.