Azərbaycanda yeniyetmə su kanalında boğuldubackend

Ağstafa rayonunda yeniyetmə su kanalında boğulub.

Hadisə rayonun Tatlı kəndində qeydə alınıb.

2006-cı il təvəllüdlü rayon sakini Tural Hacıyev yaxınlıqdan keçən su kanalında çimərkən boğulub.

Yeniyetmənin meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı Ağstafa rayon prokurorluğunda araşdırma başlanılıb.

APA