Azərbaycandan Ermənistana: Cavab əməliyyatıbackend

Ermənistan tərəfdən açılan atəş nəticəsində sərhəddə keşik çəkən Azərbaycan əsgərinin yaralanmasından sonra Azərbaycan “cavab əməliyyatı” təşkil edib.

Azərbaycan Dövlət Sərhəd Xidmətinin yaydığı məlumatda bildirilib ki, dünən Ermənistanın təxribatına cavab olaraq sərhədçilər “cavab əməliyyatı” keçirib.

Bəyanatda Azərbaycan əsgərlərinin atəşə tutulduğu mövqenin tamamilə məhv edildiyi, erməni əsgərlər arasında itkilərin olduğu bildirilib.

Bəyanatda Ermənistanın təxribatlarına bundan sonra daha ciddi və qəti tədbirlərlə cavab veriləcəyi vurğulanıb və hadisəyə görə məsuliyyətin Ermənistanın hərbi-siyasi administrasiyasının üzərinə düşdüyü qeyd edilib.

Türkiyənin TrtHaber saytının verdiyi xəbərə əsasən, Ermənistan Müdafiə Nazirliyindən verilən açıqlamada ilkin məlumata görə, hadisə nəticəsində 2 əsgərin həyatını itirdiyi bildirilib.

Xatırladaq ki, dünən Ermənistanın Kafan vilayətinin Nerkin-And kəndi istiqamətində yerləşən mövqeləri Zəngilan rayonunun Kollukışlak kəndi istiqamətində Azərbaycan Ordusunun mövqelərini atəşə tutub və bir Azərbaycan əsgəri yaralanıb.

Mənbə: TrtHaber

Aynur Camal