Azərbaycandan Fransa Senatına qisasbackend

Azərbaycan Milli Məclisinin Beynəlxalq Münasibətlər və Parlamentlərarası Əlaqələr Komissiyası Fransa Senatının qəbul etdiyi sanksiya qərarına cavab olaraq diqqətçəkən təkliflərlə çıxış edib.

Ötən gün Fransa Senatının Azərbaycana qarşı sanksiyaları nəzərdə tutan qətnamə qəbul etməsinə Bakının reaksiyası dərhal olub. Azərbaycan Milli Məclisinin Beynəlxalq Münasibətlər və Parlamentlərarası Əlaqələr Komissiyası Fransa Senatının qərarı ilə bağlı bəyanat yayıb.

Bəyanatda bildirilir ki, Fransa Senatı Fransada fəaliyyət göstərən erməni lobbisinin təsiri altında olan Fransa rəsmilərinin və siyasətçilərinin təhriki ilə “qərəzli və əsassız” qərar qəbul edib.

Bəyanatda Azərbaycan hökuməti Fransa Senatının qərarına cavab olaraq Fransaya qarşı sanksiyalar tətbiq etməyə çağırılıb.

Xatırladaq ki, buna səbəb Fransa hökumətinin əsasız olaraq “Ermənistan və Dağlıq Qarabağa qarşı hücumları” bəhanə gətirərək Azərbaycana qarşı sanksiyalar tətbiq etməsi təklifini 295 səslə qəbul etməsi olub.

Mənbə: hurriyyət.tr

Aynur Camal