Türkiyədə prezident və parlament seçkiləri üçün Azərbaycanda keçirilən səsvermənin ilkin nəticələri açıqlanıb.
”Yeni Gundem” xəbər verir ki, bu barədə “Anadolu” agentliyi məlumat yayıb.
Məlumata görə, Azərbaycanda seçici fəallığı 78.4% olub.
Hazırda səslərin 6.7%-i sayılıb.
Bu nəticələrə görə, hazırkı prezident Rəcəb Tayyib Ərdoğan 50.23%, CHP sədri Kemal Kılıçdaroğlu 42.91, ATA ittifaqının namizədi Sinan Oğan 5.76%, namizədlikdən geri çəkilmiş Məmləkət partiyasının sədri Məhərrəm İncə 1.09% səs toplayıb.