Azərbaycandan “Oskar” mükafatına təqdim olunacaq filmlərin qəbulu başlayıb.
Bu barədə “Yeni Gündəm”– ə Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqından məlumat verilib.
Bildirilib ki, avqustun 30-da Azərbaycan filmlərinin Amerika Kino Akademiyasının “Oskar” mükafatına təqdimatı üzrə komissiyanın növbəti iclası keçirilib.
Professor Şəfiqə Məmmədovanın rəhbərlik etdiyi və üzvlərin yeniləndiyi komissiyanın iclasında 2020 – 2021-ci illərdə xarici filmlər nominasiyası üzrə çəkilmiş filmlərin prodüserlər tərəfindən adı çəkilən komissiyaya 1 nüsxə DVD formatında təqdim olunması qərara alınıb.
Qeyd edək ki, filmlər komissiyaya sentyabrın 20-dək təqdim olunmalıdır.
Ayşən Rəhim