Azərbaycanın Birinci vitse-prezidenti Vətən Müharibəsi Qəhrəmanları ilə görüşdübackend

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Füzuliyə səfəri ilə bağlı özünün “Instagram” səhifəsində paylaşım edib.

“Yeni Gündəm” xəbər verir ki, paylaşımda deyilir:

“Qürur hissi!!! Füzuli rayonuna səfər zamanı Vətən Müharibəsi Qəhrəmanları – polkovnik Hüseynov Telman Əsgər oğlu və mayor Səfərov Elvin Sərraf oğlu ilə görüş. Uca Tanrı bütün əsgər və zabitlərimizi qorusun!”.