Azərbaycanın Əməkdar artisti qarajda xəstəlikdən əzablar içində ölüb – VİDEObackend

Azərbaycanın əməkdar artisti, teatr və kino aktrisası Xanım Qafarova komik planlı aktrisa olmasına baxmayaraq faciəvi taleyinə görə tamaşaçılar tərəfindən ağrı və kədərlə xatırlanır.

Bu barədə onun sənət yoldaşları və övladı “AStar” yutub kanlına danışıblar.

Mərhum aktrisanın böyük ürəyə malik olması, çəkdiyi ağrı-acını ürəyində saxlaması və daima gülərüz görünməsindən danışan yaxınları son günlərindən söz açıblar.

Qeyd edək ki, səhnədə və ekranda bir-birindən maraqlı, parlaq obrazlarda görünən aktrisanın enişli-yoxuşlu həyatı məyusluq doğurur.

Süd vəzi xərçəngindən əziyyət çəkən Xanım Qafarova 11 iyul 2014-cü ildə Bakıda dünyasını dəyişib. // Baku.ws