Mədəniyyət Nazirliyinin sifarişi ilə “Salnaməfilm studiyası”nda “Azərbaycanın Milli qəhrəmanları” silsiləsindən olan sənədli filmlər çəkilməkdə davam edir.
Bu “Salnaməfilm studiyası”nın ekranlaşdırdığı “Bizim komandir” filmi bu silsiləyə aid filmlərdən biridir.
YeniGündəm xəbər verir ki, ekran əsərinin paytaxtda və bölgələrdəki mədəniyyət ocaqlarında, hərbi hissə və hərbi məktəblərdə, ali və orta ümumtəhsil məktəblərində, kino mərkəzlərində nümayişləri artıq təşkil olunub.
Ekran əsəri Azərbaycanın Milli Qəhrəmanı Sahil Məmmədov haqqındadır. Filmdə Milli Qəhrəmanın həyat yolundan, döyüş yoldaşları bir araya yığışıb onun bir komandir kimi döyüş şücaətlərdən, ailəsi – anası, həyat yoldaşı, oğlu milli qəhrəman ailəsi kimi onun qəhrəmanlığından qürur duyduqlarından danışırlar. Filmdə Birinci Qarabağ müharibəsinin iştirakçılarından örnək, nümunə götürən qalib ordunun əsgərlərinin döyüşə hazırlıqlarından, Zəfər paradından götürülmüş fraqmentlərdən istifadə olunub.
Filmin ssenari müəllifi və rejissoru Namiq Ağayev, operatoru Rüfət Süleymanov, icraçı prodüseri Kamil Məmmədov, prodüseri Nazim Hüseynovdur.