Azərbaycanın qızlardan ibarət U-16 basketbol yığması Avropa çempionatında mübarizəyə başlayırbackend

16 yaşadək qızlardan ibarət basketbol üzrə Azərbaycan millisi Avropa çempionatında mübarizəyə başlayır.

Federasiyadan ”Yeni Gundem” -ə verilən məlumata görə, komanda 18-23 iyul tarixlərində Andorrada təşkil olunacaq qitə birinciliyinin “C” divizionunda çıxış edəcək.

B qrupunda qərarlaşan U-16 Andorra, Albaniya və Moldova seçmələrinə qarşı mübarizə aparacaq. Türkiyəli mütəxəssis Evren Alkayanın rəhbərlik etdiyi milli qrupdakı ilk oyunu iyulun 18-də yerli komandaya qarşı keçirəcək. Görüş Bakı vaxtı ilə saat 21:30-da başlayacaq.

Qeyd edək ki, Avropa çempionatının bütün oyunları FIBA-nın rəsmi “youtube” hesabından canlı yayımlanacaq.