“Qaya” Qrupunun bədii rəhbəri Rauf Babayev vəfat edib.
“Yeni Gündəm” xəbər verir ki, Xalq artisti 82 yaşında dünyasını dəyişib.
Qeyd edək ki, Rauf Yusif oğlu Babayev 1937-ci ildə Leninakanda (Gümrü) anadan olub. O, 1956-cı ildə Bakı Musiqi Texnikomunu, 1962-ci ildə Azərbaycan Dövlət Konservatoriyasını bitirib. 1961-ci ildən “Qaya” vokal instrumental qrupunun üzvü olub. 1995–2001-ci illərdə “Bəri bax” vokal qrupunun bədii rəhbəri işləyib. 2001-ci ildən isə “Qaya” Dövlət Ansamblının bədii rəhbəri kimi fəaliyyət göstərib.
Rauf Babayev 2006-cı ildə Xalq artisti fəxri adı ilə, 2017-ci ildə isə “Şöhrət” ordeni ilə təltif edilib.
Xatırladaq ki, R.Babayev fevralın 23-də axşam saatlarında ürək çatışmazlığı diaqnozu ilə Akademik C.M.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutuna yerləşdirilmişdi. O, daha sonra Heydər Əliyev Fondunun dəstəyi ilə xüsusi təchiz edilmiş ambulansla Mərkəzi Klinik Xəstəxanaya köçürülmüşdü.
Allah rəhmət eləsin!