“Azərbaycanla əlaqələrimiz yaxşı istiqamətdədir”backend

İran XİN sözçüsü: “Azərbaycanla əlaqələr yaxşı istiqamətdədir”.

Tasnim News xəbər verir ki, bu gün İran Xarici İşlər Nazirliyinin sözçüsü Naser Kənani keçirdiyi həftəlik mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

Məlumata görə, o, İranın Azərbaycan ilə əlaqələrinə toxunaraq deyib:

“Münasibətimiz yaxşı yöndədir. Əməkdaşlıq irəliyə doğru gedir və qənaətbəxşdir. Əməkdaşlığı davam etdirmək iradəsi var”.

Mənbə: Azad İran

Aynur Camal