Azərbaycanlı ailəyə edam və 25 il həbs cəzası verildibackend

Noyabrın 4-də həbs olunan azərbaycanlı cütlük barəsində qərar qəbul olunub.

“Yeni Gundem” xəbər verir ki, bu barədə “Azad İran” Teleqram kanalı məlumat yayıb.

Məlumata görə, həkim Həmid Qarahəsənli etiraz aksiyalarında SEPAH-a bağlı yarımhərbi və radikal “Bəsic” qüvvələrinin üzvünü öldürülməsi ittihamı əsasında edama məhkum olunub. Onun xanımı kardioloq Fərzanə Qarahəsənliyə isə 25 il həbs cəzası verilib.