Azərbaycanlı aktyor xərçəngdən öldübackend

Serpuxov Musiqili Dram Teatrının aktyoru Ramil Əzimov dünyasını dəyişib.  “Yeni Gundem” Rusiya KİV-nə istinadən xəbər verir ki, azərbaycanlı aktyor ötən gün 41 yaşında dünyasını dəyişib. 

İki il bundan əvvəl xərçəng diaqnozu qoyulan R. Əzimovla vida mərasimi bu gün çalışdığı teatrda baş tutub. Onun nəşi Rusiyadan Bakıya yola salınacaq.

Xatırladaq ki, aktyor evli olub, üç övladı var.