Azərbaycan elmi ictimaiyyətinə ağır itki üz verib.
“Yeni Gündem” AzərTac-a istinadən xəbər verir ki, ölkəmizdə yarımkeçiricilər fizikası sahəsində tanınmış alim, Dövlət Mükafatı laureatı, “Şöhrət” ordenli, Milli Aviasiya Akademiyasının Ümumi və tətbiqi fizika kafedrasının müdiri, akademik Bahadır Tağıyev yanvarın 7-də 86 yaşında vəfat edib.
Bu gün saat 14.00-da Azərbaycan Milli Elmlər Akademiyasının əsas binasında görkəmli alimlə vida mərasimi keçiriləcək.