Azərbaycanlı bloqer qəzaya düşdü – FOTObackend

Bloqer Fatimə Əhmədova avtomobillə qəzaya düşüb.

“Yeni Gündəm” xəbər verir ki, bu barədə Fatimə sosial şəbəkə hesabında məlumat paylaşıb.

O hazırda vəziyyətinin yaxşı olduğunu bildirib.

“Nəyisə bilmədən paylaşmayın. Düşünün ki, bu insanın ailəsi və yaxınları var. Bu gün çox ağır gün keçirmişəm. Öncə onu deyim ki, yaxşıyam. Sadəcə, çox dəhşətli qəza keçirdim. Maşını kənara çəkməyimə baxmayaraq, bunu yaşadıq. Allaha şükür, yüngül qurtardım. Sağam! Heç bir şey olmayıb. Xəbər saytları, düzgün yazın”, – deyə bloqer vurğulayıb.

Sözügedən paylaşımı təqdim edirik: