Azərbaycanlı ekspert Makedoniyada təltif olundu – FOTObackend

Azərbaycanlı ekspert Makedoniya parlamentinin deputatı tərəfindən təltifl olunub.

“Yeni Gündəm” xəbər verir ki, diaspor üzrə tanınmış ekspert Elnur Eltürk Makedoniya Türk Hərəkat Partiyasının sədri, Makedoniya Parlamentinin deputatı Enes İbrahim tərəfindən “Təşəkkürnamə” ilə təltif edilib.

E.Eltürkün təltif edilməsinin səbəbi onun Şimali Makedoniya Respublikası və Azərbaycan Respublikası arasında əlaqələrin inkişafına göstərdiyi xidmətlərdir.

Qeyd edək ki, E.Eltürk “Vikipediya”nın milli versiyasının koordinatorudur. O, diaspor sahəsinin inkişafı üçün də mühüm işlər görən şəxslərdən biridir.