Azərbaycanlı kriminal avtoritet qətlə yetirildibackend

Türkiyədə azərbaycanlı kriminal avtoritet Elnur Qasımov qətlə yetirilib.

“Yeni Gundem” xəbər verir ki, kriminal aləmdə “Qardaşoğlu” ləqəbli ilə tanınan Elnur Qasımov İstanbulda Nicat adlı şəxs tərəfindən öldürülüb.

Elnur Qasımov mərhum Rövşən Lənkəranski kimi tanın Rövşən Canıyevin tərəfdarı olub.

Elnur Qasımovun qardaşı Emin Qasımovda kriminal aləmdə “Emin Naxçıvanski” kimi tanınır.

Qətli törədən Nicat adlı şəxsin mərhum qanuni oğru “Lotu Quli” kimi tanınan Nadir Səlifovun adamı olduğu bildirilir.

Elnur Qasımovun cənazəsi Bakıya göndəriləcək.

APA