Azərbaycanlı Narva Muzeyinin direktoru vəzifəsinə namizəddirbackend

Narva şəhərinin hakimiyyət orqanları şəhər muzeyinin direktoru vəzifəsində Andreas Toodeni deyil, mərkəzçi Eldar Əfəndiyevi görmək istərdilər.

“Yenigundem” AzərTac-a istinadən xəbər verir ki, dövlət və Narvanın hakimiyyət orqanları 2012-ci ildə Narva Muzeyini birlikdə maliyyələşdirmək barədə razılaşıblar. Ancaq 2016-cı ilin sonunda Narvanın büdcəsi təsdiq ediləndə şəhər məclisinin əvvəlki heyətinin deputatları muzeyə pul ayırmamağı qərara alıblar. Onlar bunu onunla izah ediblər ki, muzeyin büdcə vəsaitindən istifadə etməsinin məqsədəuyğunluğuna şübhə ilə yanaşırlar.

Estoniyanın mədəniyyət naziri İndrek Saar onda demişdi ki, KİV-lərdə gedən informasiyaya görə problem pulda deyil, muzeyin direktoru Andres Toodenin şəhərin hakimiyyət orqanları ilə dil tapa bilməməsindədir.

Eldar Əfəndiyev Tallində azərbaycanlı ailəsində dünyaya gəlib. O, 1999-2000-ci illərdə Narvanın meri olub, 2002-2003-cü illərdə Estoniyanın əhali naziri işləyib. Həmvətənimiz iki dəfə (2003-cü və 2007-ci illərdə) Estoniya parlamentinin – Riyqikoqunun deputatı seçilib.