Azərbaycanlı rəssamın əsəri Fransada incəsənət sərgisində birinci yer tutubbackend

Parisin yaxınlığında yerləşən Bulon-Biyankur şəhərində “Beaux-Arts” Cəmiyyətinin payız sərgisində azərbaycanı rəssam Məryəm Ələkbərlinin əsəri mükafata layiq görülüb.

“Yenigundem” “Report” a istinadən xəbər verir ki, Məryəm Ələkbərlinin “Rosemarie çimərliyi” adlı əsəri sergidə yer alan rəsm əsərləri içərisində ən yaxşı əl işi elan edilib.

Azərbaycanlı rəssam bu əsərini qeyri-standart ölçüdə (250/180) böyük ustalıqla ərsəyə gətirib. O, möcüzə dolu təbiət mənzərəsini kətan üzərinə canlı rənglərin improvizasiyası ilə, yüksək peşəkarlıqla köçürüb.

Təbiət mövzusuna həsr edilmiş sərgidə 60-a yaxın rəssam, heykəltəraş və fotoqrafın təbiətin ən ağlasığmaz möcuzələrini əks etdirən əsərləri nümayiş edilir. Sərgi noyabrın 22-dək davam edəcək.

Qeyd edək ki, “Beaux-Arts” Cəmiyyətinin əsası Fransanın tanınmış rəssam və heykəltaraşı, Parisdə ucaldılan bir sıra bürünc heykəllərin müəllifi Marsel Loyu tərəfindən 1934-cü ildə qoyulub.