Daşkənddə özbək dilində çap olunan “Kitob dunyasi” qəzetinin Özbəkistanın Dövlət müstəqilliyinin 30 illiyi ilə bağlı keçirdiyi beynəlxalq poeziya müsabiqəsinə yekun vurulub.
“Yeni Gündəm” xəbər verir ki, azərbaycanlı şair Əkbər Qoşalı və vyetnamlı May Van Fan müsabiqənin qalibləri elan edilib.
Müsabiqənin münsiflər heyətinin tərkibində Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva da olub.
Qaliblərin şeirlərini özbək dilinə Raxmat Babajon və Mansur Jumayev tərcümə edib.