Azərbaycanlı sənətçi İranın hökumət qüvvələrinin hücumuna məruz qaldıbackend

Güneyli əlil sənətçi İranın hökumət qüvvələrinin hücumuna məruz qalıb.

Novruz bayramı ərəfəsində Güney Azərbaycanın Marağa şəhərində “Təkəmçi” mərasimi (Novruz bayramının və yazın gəlişini mahnı oxumaq və təkə dolandırmaq ilə xəbər verən etnoqrafik müjdəçi) keçirməyi planlaşdıran əlil sənətçi Fərhad Bəhruzi hökumətə bağlı yarımhərbi və radikal “Bəsic” qüvvələri tərəfindən hücuma məruz qalıb.

Məlumata görə, “Bəsic” qruplaşmasının üç yaraqlısı motosikletlə hücum edərək sənətçiyə məxsus səsgücləndiricisini sındırıblar.

Mənbə: Azad İran

Aynur Camal