Azərbaycanlı Ukraynada nazir müavini təyin edildibackend

Azərbaycanlı Ukraynada energetika nazirinin müavini təyin olunub.

“Yeni Gündəm”-in məlumatına görə, bu posta Fərid Kamil oğlu Səfərov gətirilib.

O, bu təyinatadək Ukrayna İnfrastruktur Nazirliyində Departament direktoru işləyib.

Qeyd edək ki, F.Səfərov əslən Azərbaycanın Gəncə şəhərindəndir.

O, 1991-ci il sentyabrın 20-də Kiyevdə anadan olub. 2014-cü ildə Taras Şevçenko adına Kiyev Milli Universitetində “Beynəlxalq hüquq” ixtisası üzrə magistratura təhsili alıb. 2015-ci ildə Vadim Hetman adına Kiyev Milli İqtisad Universitetində “Beynəlxalq biznes” ixtisasına yiyələnib.

Report